10 C
Baku
12 Dekabr 2024, 15:56
Baş xəbərSosial

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

Yeni dərs ilinin başlanmasına təxminən bir ay müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.

Mövzu ilə bağlı Bakı Tikiş Evindən (BTE) məlumat verilib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Bildirilib ki, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək) və (mavi polo, boz şalvar, ətək) tikilir. Formalar hazırlandıqdan sonra anbarlara yığılır.  Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür.  Geyimləri Bakı Tikiş Evi ilə yanaşı paytaxtda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək;

Oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvar;

Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

Oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Aynur Camal

Oxşar xəbərlər

Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq etdi!

Kəmalə Sultan

Kocaeli mərkəzli 2 ildə FETÖ əməliyyatı: 9 nəzarətə alındı

Bugün TV

İnternat məktəbinin müəllimi Qərbi Azərbaycanlıları təhqir edib – ” Sən ermənisən”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu