Bugun.tv xəbər verir ki, Yasamal rayon Gənclər və İdman İdarəsi məktəblilər arasında “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa yazı müsabiqəsinə start verib. Müsabiqə 11-17 yaş qrupları üzrə keçirilir. İnşalar 3-5 səhifə həcmində olmalı, Times New Roman şrifti ilə 14 ölçüdə yazılmalıdır. Sonra PDF formatında yazılmalı, sonunda müəllifin adı, soyadı, məktəbin nömrəsi, sinfi qeyd edilməlidir. İnşalar 17 may tarixinədək məktəbin səlahiyyətlilərinə təqdim olunmalıdır.
Bundan başqa Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil məktəbliləri arasında “İnkişaf edən Azərbaycan” mövzusunda rəsm müsabiqəsinə də start verilib. Müsabiqə eyni yaş qrupu üzrə keçirilir. Rəsm işləri A3 formatda (vatman kağızının1/4) ağ-qara və ya rəngli sulu boya ilə işlənməlidir. Rəsm işinin fotosu çəkilib, eyni qaydada 17 may tarixinədək təqdim edilməlidir.
