17 C
Baku
10 İyun 2025, 5:24
Baş xəbər

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış etdilər

25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib.

Bugun.tv xəbər verir ki, Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.

Ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümümilikdə 54 medal qazanıb. Bu il ilk dəfə olaraq ölkəmiz ikinci yerə yüksəlib və həmçinin ilk dəfə olaraq qız şagirdimiz qızıl medal əldə edib. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Donetsk vilayətində daha bir yaşayış məntəqəsini ələ keçirib

Aynur Camal

Praktik və ürəkaçan səhər yeməyi

Aynur Camal

Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House” təşkilatının son hesabatı ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin BƏYANATI

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu