23 C
Baku
10 İyun 2025, 1:23
Baş xəbərDünya

“Mən İsayam” dedi: Monastırda qanlı hücum

İspaniyanın Gilet şəhərindəki monastırda bir nəfər “Mən İsayam” deyərək keşişlərə hücum edib. Tarixi əsaların istifadə edildiyi hücumda 7 keşişin öldürüldüyü bildirilib. Lakin Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada keşişlərin öldüyü barədə məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Yaşı 57-95 arasında olan keşişlərdən birinin sağ qalmaq üçün mübarizə apardığı bildirilib. İspaniyanın Valensiya bölgəsindəki Gilet şəhərindəki Müqəddəs Ruh Monastırına girən təcavüzkarın “Mən İsa Məsihəm. Kahinləri öldürəcəyəm” deməsi çox sayda insanın yaralanmasına səbəb olub.

El Mundo qəzetində yer alan xəbərə görə, İspaniya Mülki Qvardiyası uzun axtarış prosesindən sonra hücumun faili olduğu düşünülən bir şəxsi həbs etdiklərini açıqlayıb. Hücum nəticəsində 7 keşişin döyülərək öldürüldüyü, bir keşişin isə xəstəxanada həyatı üçün mübarizə apardığı bildirilib.

Bölgədə yayımlanan bir televiziya kanalına danışan bir hadisə şahidi hücumçunun hücumu “monastırdakı heykəlin üzərində tarixi çubuq və şüşə butulkadan istifadə edərək” həyata keçirdiyini söylədi. Bildirilib ki, hadisəni törədən 46 yaşlı şəxs hazırda polis bölməsində saxlanılır və sabah məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada ölüm xəbərlərinin yanlış olduğu, ölən olmadığı, ancaq bir nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb.

Açıqlamada yaralılardan birinin vəziyyətinin ağır olduğu halda, 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.

Açıqlamada hücuma məruz qalan keşişlərin yaşlarının 57-95 arasında olduğu, üç keşişin xəstəxanada müalicə olunduğu, bir keşişin isə evə buraxıldığı barədə məlumatlar yer alıb. Gilet Bələdiyyə Şurası hücumdan sonra cinayətkarın həbs olunduğunu təsdiqləyib və Mülki Qvardiyanın səylərinə təşəkkür edən paylaşım edib.

Bələdiyyə Şurası ictimaiyyətə “sakitlik və sülh” mesajı göndərərkən, Gilet Bələdiyyə Başçısı Salva Kosta keşişlərin vəziyyəti ilə bağlı məlumat almaq üçün monastıra getdi. Buraxılan keşişlərdən birini monastırda görə bilmədiyini, ancaq telefonla danışdıqlarını ifadə edən Bələdiyyə Başçısı Kosta, “Giletlilərlə birbaşa əlaqəm var və keşişləri görmək üçün ziyarətə gəldim” dedi.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

TƏBİB-in Çağrı mərkəzi fəaliyyətə başlayıb

Şükufə Ramizqızı

Qaçaqmalçılıq əməliyyatı: 15 nəzarətə alındı

Teymur Əziz

Seçki həyəcanı başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu