24 C
Baku
19 İyul 2025, 8:23
Digər

“Məqsəd əlil qadınlar və qızlarla ünsiyyətin necə qurulmasını aşılamaqdır”

“Artıq 1 ilə yaxındır ki, Əlil Qadınlar Cəmiyyəti BMT yanında Etimad fondunun maliyyə dəstəyi ilə Bakı, Gəncə, Quba, Qusar və Xaçmaz zonalarında əlilliyi olan qadın və qızların ictimaiyyətə, dövlət xidmətlərinə çıxışının təkminləşdirilməsi” layihəsini davam etdiririk. Məqsəd əlil qız və qadınların dövlət xidmətlərinə çıxışlarının daha asandlaşdırılmasıdır. Bunun üçün dövlət qurumları ilə yanaşı Vətəndaş cəmiyyətlərinin, eləcə də müəyyən qurumların birgə kordinasiya şurası yaradılıb”.

Bugun.tv-yə bu barədə sözügedən layihədə yer alan Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyin sədri İradə Rizazadə məlumat verib. Onun sözlərinə görə, əsas məqsədi həmin dövlət qurumlarının əməkdaşlarına əlil qadınlar və qızlarla ünsiyyətin necə qurulmasını aşılamaqdır.

“Fiziki məhdudiyyətli xanımlarımızla ünsiyyət yaxşılaşmalıdır. Onlara münasibət dəyişilməlidir. Düzdür, bununla bağlı bu günkü gündə müəyyən irəliləyişlər var. Biz bunu görürük. Amma daha yaxşı olmasına çalışırıq. Layihə çərşivəsində həm öz əməkdaşlarımız, həm də  etika, davranış üzrə təlimçilər təlim keçirlər. Düşünürəm ki, bunun böyük təsiri olacaq. Əminəm ki, bu əməkdaşlıq genişlənəcək, Qeyri Hökümət Təşkilatlarının və dövlət qurumları ilə birgə fəaliyyətinə gətirib çıxaracaq. Nəticədə əlil qızlar, ələxsus da qadınlar bu xidmətdən sərbəst, gözəl istifadə edə biləcəklər. Onların dövlət qurumlarına çıxışları olacaq”, – deyə, İradə Rizazadə bildirib.

Müxbir: Qaytən Qasımzadə, Operator: Salman Salmanov

Bugün TV

Oxşar xəbərlər

Qəbilə qarşıdurması: 15 ölü

Aynur Camal

Romada İran və ABŞ arasında danışıqların beşinci raundu başlayır

Aynur Camal

Hər kəs onu güc toxumu adlandırır: onun tərkibində 15 müxtəlif zülal və vitamin var!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu