29 C
Baku
28 İyun 2025, 18:51
Sosial

“Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır”

Bugun.tv xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün yeni layihələrə start verir.

Təşkilat Azərbaycan mediasının diaspor mövzusuna diqqətiin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılması məqsədi ilə 10 il əvvəl yaradılıb. Birliyin ətrafında Azərbaycanda, eləcə də xaricdə  dövlət və dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanıb.

DFJD İB sədri Fuad Hüseynzadənin sözlərinə görə, indiyədək 20 ölkənin 50-dan çox nüfuzlu mediasında Azərbaycan, eləcə də, Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirilib. Həmçinin təşkilat tərəfindən Qafqazda ilk dəfə orta və ali məktəblərdə könüllü olaraq “Diaspor dərs”ləri keçirilib.

“Birliyin üzləri bu gün də təbliğat və təşviqatda, informasiya müharibəsində dünya azərbaycanlıları ilə əməkdaşlıq çərçivəsində aktiv iştirak edirlər. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin nəzdində Rəqəmsal Media Mərkəzi fəaliyyət göstərir (diaspornews.az). Burada müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edirik. Məqsədimiz Azərbaycan mediasında diaspor jurnalistikasının inkişaf etdirilməsi, diaspordan yazan tədqiqatçı jurnalistlərin formalaşmasına dəstəyin verilməsi, xaricdə yaşayan azərbaycanlı diaspordan yazan jurnalistlər, yazarlarla bağlı ideoloji-maarifləndirici işin gücləndirilməsidir. Bundan başqa, Azərbaycansevər xarici yazarlar və media nümayəndələri ilə təbliğati və stimullaşdırıcı işin qurulması, intellektual fəaliyyət istiqamətində, yazıların, müsahibə və məqalələrin yeni media müstəvisində lazımi səviyyədə təqdimatına diqqətin gücləndirilməsi, əcnəbi jurnalistlərlə birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsinin aparılamsıdır”,- birlik sədri əlavə edib.

Qeyd edək ki, bu kimi fəaliyyətlərinə görə, DFJD İB sədri Fuad Hüseynzadə Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 2017-ci ildə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJDmedalı, 2018-ci ildə isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə qiymətləndirilib.

Vətən müharibəsində arxa cəbhədə göstərdi xidmətlərinə görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif edilib.

2021-ci ildə 1 sentyabr – Özbəkistan Respublikasının Müstəqilliyinin 30-cu ildönümü münasibətilə üç Özbəkistan media qurumu tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

2016-cı ilin oktyabr ayında Fuad Hüseynzadənin 5 qitədəki soydaşlarımızdan xəbər verən “Dünya azərbaycanlılarının palitrası” kitabı işıq üzü görüb. Kitabın 13 ölkədə təqdimatı olub. 2020-ci ilin oktyabrında isə “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabı nəşr olunub.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Müəllim topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır”

Aynur Camal

On iki nəfərin imtahan nəticələri ləğv oldu

Könül Kərimova

16,6 min şəxsə əlillik təyin edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu