Bugun.tv xəbər verir ki, 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülüb. Təhlükəsizlik tədbirləri görülüb. Xəsarət alan 2 nəfər təxliyyə edilib.
Müxbir: Qaytən Qasımzadə
