14 C
Baku
22 Noyabr 2024, 2:52
Baş xəbərİqtisadiyyat

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi?-AÇIQLAMA

“Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədi ilə Türkiyə Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir”.

Bugun.tv xəbər verir bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

V.Bayramovun fikrincə, iqtisadi amillər ilə yanaşı siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzun müddətli hədəflərə söykənilir.

“Bütün bunlar ilə yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır.

Türkiyə Azərbaycan ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”,- deputat vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

“E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirilib

Aynur Camal

AİB sədri: “Bu, vətəndaşlara qarşı böhtandır və hökuməti belə neqativ halların aradan qaldırılması üçün ciddi addımlar atmağa çağırırıq”

Kəmalə Sultan

DEAŞ əməliyyatı: 13 nəfər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu