24 C
Baku
20 İyul 2025, 3:51
Baş xəbərHadisəKriminal

Məsciddə nəzir qutularından 13 min manat oğurlayan edən şəxs saxlanıldı 

Bugun.tv xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib . Qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 34 yaşlı, əvvəllər də dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dünyanın ilk kosmik əsaslı elektrik şəbəkəsi yaradılır

Aynur Camal

Jalə Əhmədova: “Tezliklə bütün laçınlılar doğma şəhərlərinə qayıdacaqlar”

Nigar Məmmədova

Silahlı şəxslər avtobusdan qaçırdıqları 8 sərnişini öldürdülər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu