Baş xəbərMədəniyyət

Məşhur aktyor Metyu Perrinin ölüm səbəbi məlum oldu

Məşhur Hollivud aktyoru Metyu Perrinin vəfatının dəqiq səbəbi açıqlanıb.

Bugun.tv xarici mənbələrə istinadla xəbər verir ki, cəsəd üzərində aparılan toksikoloji ekspertizalar nəticəsində sənətçinin yüksək dozada ağrıkəsici qəbul etdiyi məlum olub.

Tibbi ekspertizanın nəticələrinə görə, Metyu Perrinin bədənində olan ketamin həm ürək-damar sisteminin həddindən artıq stimullaşdırılmasına, həm də tənəffüs depressiyasına səbəb olub. Qanda kokain və ya heroin kimi ağır narkotik maddə aşkar edilməyib.

Amerikalı aktyor “Dostlar”, “Axmaqlar tələsir”, “Ağ xalatlılar” kimi ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Aynur Camal

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu