10 C
Baku
22 Dekabr 2024, 20:08
MədəniyyətMüsahibə

Məşhur aşıqdan etiraf: “Həyat yoldaşım qadağalar qoyurdu”

Bugun.tv xəbər verir ki, Aşıq Züfiyyə İbadova şəxsi həyatı ilə əlaqəli etiraflar edib. Sənətçi bildirib ki, həyat yoldaşı əvvəllər ona peşəsi ilə bağlı qadağalar qoyub. “Qadağalar qoyurdu. Filan yerə getmək olmaz deyirsə, demək ki, bu adam icazə vermir də. Evin böyüyü odur. Demək ki, belə məsləhətdir. İncəsənət aləmi adından da göründüyü kimi çox incə sənətdir. Hər şeydən ləkə götürə bilirsən. Hansı bir mövzudan söhbət gedirsə, son sözü kişi deməlidir, möhürü kişi vurmalıdır. Ailənin sirri qorunmalıdır. Ərim mənə onu dedi, bunu dedi. İnsan hər şeydən dava, qalmaqal salıb ailədə qanqaraçılıq yaratmaz”.  

Xanım aşıq ailə dağıtmağın qəti əleyhinədir. Hətta səbəb xəyanət olsa belə. “İnsandır, kişi xeylağıdır. Səhv edə bilər. Olmasa daha yaxşı olar. Elə qadınlar var ki, bildiyini tutur ki, niyə ərim belə etdi? Olub da, səhvsiz insan olmur. Xəyanəti hardasa ailənin xatirinə, uşaqların xətrinə bağışlamaq lazımdı. Bu mənim şəxsi fikrimdir. Mən bağışlayaram”-deyə Zülfiyyə İbadova əlavə edib. 

Sənətkar gəlini ilə münasibətindən də danışıb. Onunla dost olduğunu bildirib.

“Gəlinimi gətirməzdən əvvəl onu bizim mühitə alışdırırdım. Oğlum Babəkin xüsusiyətlərindən danışırdım ona… Hətta elə bilirəm ki, gəlinim qızım, oğlum kürəkənimdir. O dərəcədə gəlinimi çox istəyirəm. Ailəm içində oğlum, gəlinim arasında problem yaşanarsa, mən birinci oğlumu tənbeh edirəm, birinci onunla söhbət edirəm. Təbii ki, ayrı-ayrılıqda. Axırda elə bir məxrəcə gətirirəm ki, onlar mənli-mənsiz barışırlar”. 

Oxşar xəbərlər

“Xidmətim xalqa, qiymətim haqqa”

Aynur Camal

Yazarlara dəstək layihəsinə start verildi

Bugün TV

“Roskosmos” kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində Bakının fotolarını çəkdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu