33 C
Baku
26 İyul 2025, 17:11
Baş xəbərDünya

Məşhur gimnast selfi üçün həyatını itirdi!

Almaniyanın Noyşvanşteyn qəsrində selfi çəkmək istəyən çexiyalı gimnast Natali Ştiçova 80 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib. Məşhur idmançı həyatını təhlükəyə ataraq sosial şəbəkəsinə fotolar yüklədikdən sonra onun ölümü təhlükəni bir daha üzə çıxarıb.

Almaniyanın Bavariya bölgəsindəki Noyşvanşteyn qəsri yaxınlığında selfi çəkmək istəyən 23 yaşlı çexiyalı gimnast Natali Ştiçova 80 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Stichovanın dostları bildiriblər ki, gənc qız qala qarşısında İnstaqramda şəkil çəkdirmək üçün dağın kənarına çox yaxınlaşıb və bu zaman müvazinətini itirib. Qəza zamanı çex gimnastını sevgilisi David və iki dostu müşayiət edib.

Natali ağır yaralarla xəstəxanaya aparılsa da, 6 günlük həyat mübarizəsini itirib. Ailəsi geri dönməz beyin zədələnməsi səbəbindən çətin qərarı verməli oldu və həkimlər heç bir şeyin edilə bilməyəcəyini dedikdə həyat dəstəyini geri götürməyə qərar verdi.

Aktiv sosial şəbəkə istifadəçisi Natali Stichova tez-tez dağ zirvələrində çəkilmiş fotolarını paylaşır.

Club Sokol Pribram İdman Gimnastikası Natalini “ətrafına təbəssümlər yayan bir insan” kimi xatırladı və onun xatirəsinə hörmət etmək üçün idman zallarında şamların yandırıla biləcəyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Putin həmkarına helikopter hədiyyə etdi

Bugün TV

Şüvəlanda üç pollis əməkdaşı və bir mülkü şəxs qətlə yetirildi!

Bugün TV

Şəhid ailələri və müharibə veteranları üçün kiçik bizneslər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu