17 C
Baku
10 İyun 2025, 4:58
Baş xəbərHadisə

Məşhur kosmetoloq rus agenti çıxdı

Bugun.tv xəbər verir ki, uzun illər İngiltərədə kosmetoloq kimi tanınan və hətta ekspertizasına görə mükafatlar alan Vanya Qaberova “Rusiya agenti” ittihamı ilə saxlanılıb.

İngiltərədə təhlükəsizlik araşdırması çərçivəsində həbs edilən Qaberova dövlət sirrini əldə etməyə cəhddə ittiham olunur.

İllərdir ölkədə kosmetoloq kimi şöhrət qazanan və mükafatlar alan Vanya Qaberovanın casusluqda ittiham olunması insanlarda böyük təəccüb yaradıb.

Pretty Woman adlı gözəllik şirkətinin sahibi olan 29 yaşlı Qaberovanın xüsusilə kipriklərə qulluq mövzusunda verdiyi təlimlə İngiltərə, Bolqarıstan və Rusiyada bir çox mükafatlar qazandığı ortaya çıxıb.

Qaberovadan başqa Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da 2020-2023-cü illər arasında düşmən dövlətlərin xeyrinə olacaq məxfi məlumat əldə etməyə cəhd ittihamı ilə saxlanılanlar arasındadır.

Şübhəlilər gələn həftə məhkəmə qarşısına çıxacaqlar.

Yaşadığı Akton bölgəsində istedadlı gözəllik mütəxəssisi kimi tanınan Qaberova üzvü olduğu gizli kəşfiyyat şəbəkəsi vasitəsilə əldə etdiyi həssas məlumatları Rusiyaya ötürməkdə ittiham olunur.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qırğızıstan dövlət himnini dəyişdi

Aynur Camal

Prezident Əlahəzrət VI Felipeni təbrik etdi

Aynur Camal

Sıx duman: Gözlər görmür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu