34 C
Baku
27 İyul 2025, 13:28
Dünya

Məşhur supermodel dəm qazından zəhərləndi

1970-ci illərin ən məşhur supermodellərindən olan və karyerasını aktrisa kimi davam etdirən Dayle Haddon 76 yaşında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Dayle Haddon faciəvi şəkildə dünyasını dəyişdi.

Bildirilib ki, aktrisa və dövrün ən məşhur supermodellərindən olan Dayle Haddon qızının evində dəm qazından zəhərlənərək ölüb.

Səlahiyyətlilər, Pensilvaniyadakı bir evdə dəm qazı sızması səbəbiylə bir nəfərin də xəstəxanaya yerləşdirildiyini söylədi.

 Evdə olan ailənin digər üzvləri dəm qazı sızmasından təsirlənməsə də, xəbər verərək evə gələn iki tibb işçisi dəm qazına məruz qaldığı üçün xəstəxanaya yerləşdirilib, bir polis əməkdaşına isə hadisə yerində tibbi yardım göstərilib.

 Haddon 1970-ci illərin sonundan başlayaraq, 15 ildən çox müddət ərzində L’Oreal-ın “siması” oldu. O, dörd ən böyük kosmetika şirkəti: Revlon, Max Factor, Estee Lauder və L’Oreal ilə müqavilə bağlayan yeganə model oldu.

O, həmçinin UNICEF-in səfiri və qızların təhsili ilə məşğul olan “WomenOne” xeyriyyə təşkilatının yaradıcısı idi.

Digər tərəfdən, Kanadanın baş naziri Castin Trudeau sosial şəbəkədəki paylaşımında Haddonun ölümü ilə bağlı başsağlığı verib.

“Dayle Huddon böyük kanadalı idi. O, sənayesində inqilab etdi və səsini, vaxtını və enerjisini digər qadınları yüksəltmək üçün sərf etdi. Qızı Rayan və onu sevən hər kəsə başsağlığı verirəm. Biz onun üçün darıxacağıq”, – Trudeau yazıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Stress testi “çubuq” təqdim edildi: sizə lazım olan tək şey smartfon və tüpürcəkdir

Aynur Camal

1600 Yer kürəsinə bərabər olan ‘saz’ planetlər kəşf edildi!

Aynur Camal

ABŞ Prezidenti konqresi silah zorakılığına qarşı tədbir görməyə çağırdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu