27 C
Baku
28 İyun 2025, 10:12
Baş xəbərDünya

Məşhur tablo 83 ildən sonra sahiblərini tapdı!

Dünyaca məşhur fransız rəssamı Klod Monenin tablosu 83 ildən sonra sahibinə çatıb. İkinci Dünya Müharibəsi əsnasında Nazil tərəfindən oğurlandığı düşünülən rəsm əsəri indi ilk sahiblərinin nəvələrindədir. İkinci Dünya Müharibəsi zamanı itkin düşən və nasistlər tərəfindən oğurlandığı güman edilən Klod Monenin “Bord de Mer” tablosu 83 ildən sonra layiq olduğu yerinə qaytarılıb. Avstriyada yaşayan bir cütlük Monenin ilk əsərlərindən biri olan Bord de Meri anbarlarından itdikdən sonra axtarırdılar.

Federal Təhqiqat Bürosunun (FTB) açıqlamasına görə, İkinci Dünya Müharibəsi zamanı Vyanadakı evlərindən qaçan cütlüyə aid rəsm 1941-ci ildə hərracda alınıb.

Müharibə zamanı nasistlər tərəfindən oğurlandığı düşünülən və 1941-ci ildən sonra yenidən yoxa çıxan tablo 2016-cı ildə Fransada keçirilən sərgidə yenidən peyda olub. Əsər sonradan ABŞ-ın Nyu-Orlean şəhərində yerləşən antikvar satıcısı tərəfindən alınıb.

Antikvar satıcısının bu tablonu Vaşinqton əyalətində yaşayan bir cütə satdığını öyrənən FTB əsərlə bağlı araşdırma başlatdı.

ƏSƏR HAZIRDA 83 İLDƏN SONRA SAHİBİNDƏDİR

Cütlük Hyustonda Monet əsərini 500.000 dollardan çox qiymətə hərraca çıxardılar, lakin rəsmin “tarixini” öyrəndikdən sonra onu FTB-yə təhvil verdilər. Əsərin ilk sahibləri və uşaqları ömürləri boyu əsəri tapmaq üçün çalışsalar da, “Bord de Mer” tablosu oğurlandıqdan 83 il sonra nəvələrinə qaytarılıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

“Amerikalıların dollarına dayanan dünya sistemi çökür”

Kəmalə Sultan

İranın Dəməşqdəki səfirinin iqamətgahı hədəfə alınıb

İntizar Əmirova

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu