Baş xəbər

“Məzunların məşğulluq reytinqi” e-platforması mükafata layiq görülüb

“Məzunların məşğulluq reytinqi” e-platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının mükafatına layiq görüldü

Bugun.tv-xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib.

Beynəlxalq münsiflər tərəfindən platformanın imkanları, təqdim etdiyi analitik məlumatlar, abituriyentlər və Universitetlər, onların məzunları üçün yaratdığı imkanlar yüksək qiymətləndirilib.

Beləliklə, “Məzunların məşğulluq reytinqi” platforması “Texnologiya” kateqoriyasında mükafata layiq görülüb.

“World Future Awards” beynəlxalq proqramı texnologiya, innovasiya, süni intellekt və digər sahələrdə mühüm nailiyyətlərin qlobal miqyasda tanınmalarını təmin edir.

“Məzunların Məşğulluq Reytinqi” platformasının hazırlanmasında məqsəd abituriyentlərin ali təhsil müəssisələri məzunlarının məşğulluq imkanlarına dair məlumatlılığının təmin ediilməsi və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Fevralın 17-də gözlənilən hava şəraiti

Aynur Camal

Dietoloq pankekə duz vurmamağı məsləhət gördü

Aynur Camal

İtkin düşən 11 ekipajın axtarışları quru və dəniz yolu ilə davam edir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu