12 C
Baku
25 Aprel 2025, 5:07
Mədəniyyət

M.Konrat: “Məni eşq filmlərində görürdülər, ilk dəfədir ki…”-MÜSAHİBƏ+ÖZƏL+FOTOLAR

Təhminəmiz, yəni türkiyəli aktrisa Meral Konrat 30 ildən sonra Azərbaycanda filmə çəkilib. “Elçilik” adlanan komediya filminin təqdimatı bu gün Bakıda baş tutacaq. Bu haqda aktrisa Bugun.tvyə özü açıqlama verib.

“30 ildən sonra ikinci komediya filmi üçün Bakıya gəldim. Filmin adı “Elçilik”-dir. Senarini oxuduğum an rolumu çox bəyəndim. Öz-özümə fikirləşdim ki, bu çox gözəl film olacaq. Həqiqətən də film çox möhtəşəmdir. Filmin kollektivi də A-dan Z-yə çox peşəkar idi. Rejissorumuz İlham Yaşaroğlu, prodüsserimiz Toğrul Hüseynov da işlərinin peşəkarıdırlar. Filmdə Elgiz Əkbər, müğənni Xatun, teleaparıcı Pərvanə Nadirqızı və s. məşhurlar çəkilib. “Popstar” yarışmasından tanıdığınız Barış Kömürcüoğlu filmdə oğlumu oynayıb. Onun da ilk filmidir”,- deyə aktrisa bildirib.
Meral Konrat bildirib ki, ilk dəfədir komediya filmində çəkilir.
“Komediya filmində heç vaxt rol almamışdım. Azərbaycandan mənə çox film təklifləri gəlirdi, amma qəbul etmirdim. Çünki hamısı eşq filmləri idi. Fərqli janr idi deyə qəbul etdim və çəkildim. İnşallah, bu gün hamını “Flame Towers” də filmin təqdimatında gözləyirik”,- deyə aktrisa bildirib.

Filmin prodüseri Toğrul Hüseynov da Bugun.tv-yə açıqlama verib.

“Filmin sujet xətti azərbaycanlı və türkiyəli ailə haqqındadır. Vaxtilə hər iki ailə imkanlı olublar. Daha sonra onlar iflasa uğrayıblar. Bütün proseslər də bundan sonra başlayır. Film romantik komediyadır. Bütün ailə üçün nəzərdə tutulub. Bayağılıq, söyüş, hər-hansısa açıq-saçıqlıq yoxdur. Bu gün filmin qalasıdır. Hər kəs 20 mart Novruz bayramı tətillərindən başlayaraq, filmi kinoteatrlarda izləyə bilər”,- deyə prodüser deyib.

Oxşar xəbərlər

Allah rəhmət etsin

Aynur Camal

Türkiyədə Azərbaycan repertuarlı konsert proqramı keçiriləcək

Bugün TV

“Fokus”-da bu dəfə kimlər olacaq?

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu