17 C
Baku
10 İyun 2025, 6:55
Digər

M.Mənsimov: “Xankəndi yolunda azərbaycanlıların etiraz aksiyası vətənpərvərlik nümunəsidir”

İki gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin keçirdiyi etiraz aksiyasını izləyirəm. Əli silahsız insanlar Vətən uğrunda avtomat, pulemyot, hətta qumbaraatanlarla silahlanmış rus “sülhməramlıları” ilə qarşı-qarşıya dayanıb. Bu, mərdlik, cəsurluq, vətənpərvərlik nümunəsidir. Bu, əsl qorxmazlıqdır. Bu, Azərbaycan insanının daxili aləminin gözəlliyini göstərir. Hər bir kadrı, hər bir danışığı həyəcanla izləyirəm. Ürəyim, qəlbim, ruhum sizinlədir, qardaş və bacılarım. Sizə istənilən köməyi göstərməyə hazıram. Canla-başla… Bir kəlmə sözünüz yetərlidir. Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın… Necə ki, dayanırsınız… Hər biriniz böyük və şanlı tariximizin daha bir səhifəsini yazırsız. İmzanızın səsi xoşbəxt gələcəyimizdə mütləq səslənəcəkdir.

Bugun.tv xəbər verir ki, bu sözləri Mübariz Mənsimov öz  instaqram  hesabında qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

DİN-dən sürücü və piyadalara xəbərdarlıq

Nigar Məmmədova

Ədalət Məhkəməsi İsraillə bağlı qərarını açıqladı!

Aynur Camal

Ağır atletlərimiz dünya birinciliyinə qatılacaqlar

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu