19 C
Baku
8 Sentyabr 2024, 4:08
Baş xəbərSosial

M.Rəhimova: “Məqsədimiz cəmiyyətdə əlilliklə bağlı stereotipləri yox etməkdir”

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində II-Dəyirmi masa keçirilib. 

Tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin qadınlara qarşı zorakılığa son qoymaq məqsədli təşkilatçılığı və BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə təşkil olunur.

Dəyirmi masada çıxış edən M.Rəhimova layihənin davamlı olaraq həyata keçirilməsindən danışıb.

Qubada dıyurmi masa keçirilib
Dəyirmi masa

“Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara ictimai yerlərdə  münasibətin dəyişməsi və baş verən zorakılıq hallarının qarşısının alınmasıdır. Bundan başqa, ictimai xidmətlərdə müyəssərliyin və keyfiyyətin yaxşılaşdırılması məqsədi ilə yerli fəaliyyət planlarının hazırlanması da əsas hədəflərdəndir”.

Təşkil olunan dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparılıb. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova layihənin fəaliyyəti, görülən işlərin nəticələri, beşinci dəyirmi masadan sonra həllini tapan problemlər haqqında da iştirakçılara geniş məlumat verib.  Tədbirdə əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklərin həll yolları ilə bağlı da geniş müzakirələr aparılıb.

Əlil qadınlar cəmiyyətinin tədbiri keçirilib
Dəyirmi Masada müzakirələr təşkil olunub

Layihə çərçivəsində yaradılan Koordinasiya Şurasının müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə olunub.

Dəyirmi masa da 55 nəfər iştirak edib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Formula 1 yarışında çıxış edəcək müğənni bəlli oldu

Kəmalə Sultan

Türkiyəyə sığınan iranlı müxaliflər ölümlə hədələnir

Aynur Camal

İ. Əliyev Peru Respublikasının Prezidentini təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu