18 C
Baku
20 Sentyabr 2024, 4:42
Baş xəbərDünya

Mağaraya düşən çiplərin böhranı: Böyük ziyana səbəb oldu

ABŞ-ın Nyu-Meksiko ştatında dünyaca məşhur mağaraya düşən çips paketi böyük ziyan vurub. Mütəxəssislər ekoloji böhrana səbəb olan çiplərin ekosistemə “böyük təsir” göstərdiyini bildiriblər.

Turistlərin məşhur məkanı olan Nyu-Meksikoda nəhəng mağaraya bir çanta çips düşməsi böhrana səbəb olub. Ziyarətçilərə sudan başqa bir şey yemək və içmək qadağan edilən mağarada “ekoloji böhran” yaranıb. Carlsbad Mağaraları Milli Parkının səlahiyyətliləri, hətta ziyarətçilərin çantalarındakı yeməklərin də ekosistemə “böyük təsir” etdiyini iddia etdilər. “İnsan nöqteyi-nəzərindən, tökülən qəlyanaltı əhəmiyyətsiz görünə bilər, lakin mağara həyatı baxımından dünyanı dəyişə bilər” deyə səlahiyyətlilər xəbərdarlıq etdi.

MAĞARA DÜŞƏN ÇİPSLƏR BÖHRANA NECƏ SƏBƏB OLUB?

Mütəxəssislər çip paketinin mağaraya düşməsinin belə bir böhrana səbəb olması ilə bağlı izahatlarında aşağıdakı ifadələrdən istifadə ediblər:

“Mağaranın rütubəti ilə yumşalmış emal edilmiş qarğıdalı mikrob həyatı və göbələklərin yaşaması üçün mükəmməl bir mühit yaradıb. Mağaradakı kriketlər, hörümçəklər və milçəklər qısa zamanda müvəqqəti qida şəbəkəsi yaradır və ətrafdakı mağara və formasiyalara qida maddələrini paylayır. Kiflər yaxınlıqdakı səthlərə daha da yayılır, meyvələr ölür və iy verir”.

Reyncerlər mağaranın daxili hissəsindəki həssas səthlərdən kif və zibilləri təmizləmək üçün çox çalışdılar.

Mağaranın böyük bir zibillik olmadığını deyən səlahiyyətlilər, ‘heç bir iz buraxma’ prinsipinə əməl edilməsi lazım olduğunu ifadə etdi.

Carlsbad Caverns Milli Parkında “Böyük Otaq” adlanan mağara həcminə görə Şimali Amerikanın ən böyüyüdür.

Əsrarəngiz mağara milyonlarla il əvvəl kükürd turşusunun əhəngdaşı əridərək mağara keçidləri yaratması nəticəsində yaranıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Oğuz rayon sakinindən metamfetamin götürüldü 

Kəmalə Sultan

Taliban Əfqanıstanda qadın gözəllik salonlarının fəaliyyətini dayandırıb

Aynur Camal

Evi sökülən vətəndaşın iddialarına dair məlumat

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu