27 C
Baku
21 İyul 2025, 7:20
Baş xəbər

Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6-13 iyul 2023-cü il tarixlərində aparılacaq.

Bugun.tv xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ixtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3-10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcək.

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

İlham Əliyev Çin dövlətinə başsağlığı verdi

Aynur Camal

450 min uşaq evlərini tərk etmək məcburiyyətində qaldı

Aynur Camal

Qablaşdırma fabrikində baş verən yanğın nəzarət altına alındı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu