Dünya

Mahmud Abbas Papa Leo XIV ilə görüşüb

Fələstin prezidenti Mahmud Abbas və Papa Leo XIV ilk görüşlərində Qəzzada fələstinlilərə yardım çatdırılmasını və iki dövlətli həlli müzakirə ediblər.

İki siyasətçi arasında ilk görüş…

Fələstin prezidenti Mahmud Abbas 26 iyun 2015-ci ildə imzalanmış və Vatikanın Fələstin Dövlətini tanımasına səbəb olan Hərtərəfli Sazişin 10-cu ildönümünü qeyd etmək üçün Vatikana səfər edib.

PAPA LEO İLƏ GÖRÜŞÜB

Abbas Vatikanda katoliklərin mənəvi lideri Papa XIV Leo ilə görüşüb.

Vatikandan verilən yazılı açıqlamada bildirilir ki, ilk görüşdə Qəzzada mülki əhaliyə təcili yardım göstərilməsinin zəruriliyi və münaqişəyə iki dövlətli həll yolu ilə son qoyulma ehtimalı müzakirə olunub.

Görüş “səmimi” atmosferdə baş tutub.

Fələstin Prezidenti Abbas dünən Romaya gəlişindən sonra 21 apreldə vəfat edən Papa Fransiskin Romanın Santa Maria Maggiore Bazilikasında yerləşən məzarını ziyarət edib.

Abbas üzərində “Fransiskus” yazısı olan mərmər məzarlığa gül dəstələri qoyub.

Jurnalistlərə danışan Abbas deyib: “Papa Fransiski görməyə gəldim, çünki onun Fələstin və Fələstin xalqı üçün etdiklərini unuda bilmirəm. Həmçinin, heç kimdən xahiş etmədən onun Fələstini tanımasını da unuda bilmirəm.”

Fələstin Prezidenti Abbas sabah İtaliya Baş naziri Giorgia Meloni ilə də görüşəcək.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Kuba çox yaxında “çökəcək”

Aynur Camal

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu