4 C
Baku
14 Dekabr 2025, 19:37
Baş xəbərMədəniyyət

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Yasamal rayon 225 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, yazıçı, şair, məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalovanın “Xəyallardan gerçəkliyə”, “Səndə gözəlsən həyat”, “Aforizmlər” kitablarının təqdimatı keçirilib.

Bugun.tv – xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova çıxış edərək təqdimatı keçirilən kitablar haqqında məlumat verib. Bildirib ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında işıq üzü görən kitabların layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

Tədbirdə çıxış edən digər natiqlər müəllifi təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib və yazdığı yeni şeirləri söyləyib.

Tədbir bədii proqramla davam edib.

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

Türk rəssamının tablosu Parisdə 571 min 500 avroya satıldı

Aynur Camal

Paytaxtda cinayət hadisəsi baş verdi

Kəmalə Sultan

“Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln.avro itirir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu