3 C
Baku
14 Dekabr 2025, 23:08
Baş xəbər

Mahsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsdin qarşısı alınıb

Bugun.tv xəbər verir ki, İranda hicab tələbinə əməl etmədiyi üçün saxlanılan və polis nəzarətində dünyasını dəyişən Məhsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsdin qarşısı alındığı bildirilib.

“Terror təşkilatlarına bağlı bir neçə şəxsin Ayçi qəbiristanlığına gedən yolda Məhsa Eminin atası Emced Eminiyə sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alınıb və şəxslər yaxalanıb”.

Digər tərəfdən müxalif xəbər mənbələri Mahsa Eminin ölümünün ildönümündə atası Emced Eminin Kürdüstan vilayətinin Sakkiz şəhərindəki evindən çıxarkən saxlanıldığını iddia edib.

İranın rəsmi agentliyi İRNA mövzu ilə bağlı xəbərində bu iddianı təkzib edərək Emininin atası və ailəsinin Sakkiz şəhərindəki evlərində olduğunu və onun nəzarətə götürülmədiyini açıqlayıb.

Sosial şəbəkələrdə Mahsa Eminin məzarının olduğu Ayçi qəbiristanlığına gedən yolların bağlandığını göstərən görüntülər paylaşılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

128 nəfər xəstəxanaya yerləşdirildi!

Bugün TV

Azərbaycanda daha 7 nəfər COVID-19-a yoluxub

Bugün TV

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu