19 C
Baku
8 Sentyabr 2024, 3:58
Dünya

Makaron Ukraynada atəşkəs elan etmək istəyir – Tarix açıqlandı

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı bütün münaqişələrdə atəşkəsə nail olmaq istəyir.

O, bu barədə BFMTV kanalının efirində bəyanat verib.

“Biz Olimpiya barışığı üzərində işləyəcəyik”, – deyə Makron vurğulayıb.

O əlavə edib ki, bu məsələyə digər ölkələri, xüsusən də Çini cəlb etməyə hazırdır.

“Bir neçə həftədən sonra Parisə Çin Prezidenti Si Cinpin gələcək, ondan bu işdə mənə kömək etməsini xahiş edəcəyəm. Söhbət, əsasən, Fələstin-İsrail münaqişəsi və Ukrayna böhranı barədə olacaq”, – deyə Makron qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarının Parisdəki Olimpiada zamanı Ukrayna ilə barışıq bağlamaq təklifinə reaksiya verib. O bildirib ki, Moskva istənilən məsələni nəzərdən keçirməyə hazırdır, lakin öz maraqlarından və müharibə zonasındakı vəziyyətdən çıxış edərək hərəkət edəcək.

Putin, həmçinin, qeyd edib ki, beynəlxalq rəsmilər Olimpiya hərəkatının bütün mənasını alt-üst ediblər.

“Onlar özləri beynəlxalq idmanın əsaslarını sarsıdırlar, bu ayrı bir mövzudur”, – deyə Rusiya prezidenti əlavə edib.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bugün TV

Oxşar xəbərlər

Terrorçu-kamikadze tərəfdən edilən partlayış nəticəsində 21 nəfər ölüb

Aynur Camal

Ən məşhur qəhvənin 600 min il yaşı var

Aynur Camal

Fıstıq qabıqlarını qaynadın və o problemlərlə vidalaşın…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu