33 C
Baku
20 İyul 2025, 19:44
Dünya

Makron: İsrailin Qəzzada siyasəti qəbuledilməz və utancvericidir

Fransa prezidenti Emmanuel Makron qondarma sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzada apardığı siyasətləri sərt sözlərlə tənqid edib. Makron Qəzzadakı humanitar böhranı “qəbuledilməz” və “utanc verici” adlandırıb.

Fransa prezidenti Makron Qəzzadakı vəziyyətin “insani faciə” olduğunu vurğulayaraq, su, dərman və tibbi yardımın kəsilməsinin ciddi problem olduğunu bildirib. O, bildirib ki, sionist rejimin Qəzzəyə qarşı blokadası və hücumları mülki əhalinin əsas ehtiyacları əldə etməsinə mane olur.

Bundan əlavə, Makron işğalçıların ABŞ silahlarından asılı olduğunu və buna görə də vəziyyətin dəyişdirilməsində ABŞ prezidenti Donald Trampın mühüm rol oynamalı olduğunu bildirib.

Makron həmçinin Netanyahu ilə görüşlərində sərt ifadələr işlətdiyini və əsəbiləşdiyini iddia edib.

Qəzzadakı vəziyyətin “soyqırım” kimi təsvir edilə biləcəyi ilə bağlı Makron, bu cür təriflərin tarixçilər tərəfindən verilməli olduğunu müdafiə etdi. O, borcunun bu faciənin qarşısını almaq üçün əlindən gələni etmək olduğunu bildirib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Tural İsmayılov: “Bu hadisələr Rusiyada vəziyyətin nə qədər kritik olduğunu göstərir”

Nigar Məmmədova

14 Mart Ümumdünya Pi Günü: Riyaziyyatda ən xüsusi nömrələrdən biri niyə qeyd olunur?

Aynur Camal

Yaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu