Dünya

Makron Yaxın Şərqdə bayram günlərində atəşkəsə çağırdı

Fransa Prezidenti Emmanuel Macron Yaxın Şərqdə davam edən gərginlik fonunda tərəfləri ən azı bir neçə günlük atəşkəsə çağırıb.

Bugun.tv-nin məlumatına görə, Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti öncəsi açıqlama verən Makron bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurma regionda sabitliyi ciddi şəkildə təhdid edir.

Fransa lideri vurğulayıb ki, dini bayramlar dövründə gərginliyin azalması vacibdir və münaqişənin dayandırılması danışıqlara yenidən şans yarada bilər. Onun sözlərinə görə, mülki infrastruktur və əhali üçün müvəqqəti moratorium tətbiq olunmalı, tərəflər təcili şəkildə eskalasiyanı dayandırmalıdır.

Makron əlavə edib ki, enerji obyektlərinin hədəfə alınması müharibənin təsirlərini daha da genişləndirərək qlobal enerji qiymətlərinə mənfi təsir göstərir. O, Fransanın əsas mövqeyinin dialoq və danışıqlara qayıdışdan ibarət olduğunu bildirib.

Fransa Prezidenti qeyd edib ki, bu mesajlar həm İrana çatdırılıb, həm də Vaşinqton və Tehran arasında birbaşa danışıqların başlanması arzu olunur.

Eyni zamanda, Makron Fransanın Livanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəyini, ölkədə dövlət qurumlarının gücləndirilməsi istiqamətində fəaliyyətini sürdüreceyini vurğulayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu