23 C
Baku
10 İyun 2025, 1:05
Baş xəbərDünya

Makron Yeni il çıxışı ilə Fransa bayrağını təhqir etməkdə günahlandırıldı

Fransa prezidenti Emmanuel Makron Yeni il münasibətilə xalqa müraciəti zamanı görkəmli yerdə Fransa bayrağının təsvirinin yerləşdirilməsi ənənəsindən imtina edərək qəbuledilməz hərəkət edib.

Bugun.tv xəbər verir ki, bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş üzvü Florian Filippot deyib.

“O necə cəsarət etdi! Yeni il müraciəti zamanı Makronun arxasında Fransa bayrağı yox idi!”, – siyasətçi X səhifəsində yazıb.

Filipponun sözlərinə görə, ölkə bayrağı “o yerə endirilib” ki, bu, prezidentin çıxışı zamanı onun arxasında dalğalanan çoxlu sayda digər Avropa ölkələrinin bayraqlarından sadəcə biridir. Partiya lideri prezidentin bu qərarını Makronun Fransaya nifrət etdiyinin daha bir sübutu hesab edib.

İntizar Əmirova

Oxşar xəbərlər

Babasının ov tüfəngi ilə oynayarkən özünü vurdu

Bugün TV

Körpə üzərində beyin əməliyyatı aparıldı

Aynur Camal

Ölkə Prezidenti və Mədəniyyət Nazirinə bir qurup vətəndaşın müraciəti…

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu