17 C
Baku
27 Oktyabr 2025, 3:51
Baş xəbərDünya

Makrondan türkcə paylaşım: Türk xalqı ilə həmrəyik

Fransa prezidenti Emmanuel Makron TAI-yə qarşı törədilən terror aktına görə başsağlığı verib və terrora qarşı Türkiyə və türk xalqı ilə həmrəy olduqlarını bildirib. Makronun postunu türkcə yazması diqqət çəkib. Türkiyənin müdafiə sənayesinin mühüm qurumlarından olan TAİ-nin Ankaradakı obyektinə edilən terror hücumuna xaricdən reaksiyalar davam edir.

Fransa Prezidenti Emmanuel Makron Türk Hava və Kosmik Sənaye A.Ş.-nin (TAİ) Qəhrəmankazan şəhərciyində törədilən terror aktını pisləyib, terrora qarşı Türkiyə və türk xalqı ilə həmrəy olduğunu bildirib.

Makron TAI-nin kampusunda törədilən terror aktı ilə bağlı X hesabında fransız və türk dillərində açıqlama verib.

Terror aktını ən sərt şəkildə qınadıqlarını ifadə edən Makron, “Hücumda həyatını itirənlərin yaxınlarının ağrısını paylaşır, onlara başsağlığı veririk. Türkiyə və türk xalqı ilə həmrəyik” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Həkim kabusların niyə hər zaman baş verdiyini izah edir

Aynur Camal

Polis və jurnalisti döyən 7 nəfər tutuldu

İntizar Əmirova

Türk xalqlarının ədəbi yaddaşına işıq salan kitab

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu