17 C
Baku
10 İyun 2025, 1:45
Dünya

Makronun Yeni Kaledoniyadakı zorakılığa ‘fövqəladə vəziyyət’ həlli

Fransanın Hind-Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniyada son günlər zorakılıq halları artıb. Dünəndən bəri 3 nəfər həyatını itirib, 1 jandarma yaralanıb. Fransa prezidenti Emmanuel Makron bölgədəki hadisələrlə bağlı Yelisey sarayında Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə görüş keçirib.

Görüşdən sonra açıqlama verən Makron adadakı zorakılığa nəzarət etməyə çalışan təhlükəsizlik qüvvələrinin səylərini təqdir edib və həmrəylik mesajı verib.

Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsi qərarının saat 16.30-da toplanacaq Nazirlər Şurasında müzakirə edilməsini istəyən Makron hökumətə adanın siyasi nümayəndələrini dialoq üçün Parisə dəvət etməyi də tapşırıb.

YENİ KALEDONİYADA NƏ OLDU?

Yeni Kaledoniyada müstəqillik tərəfdarları Fransa hökumətinin konstitusiya islahatları təşəbbüsünə qarşı çıxırlar, çünki bu, onların seçkilərdə təsirini azaldacaq. Adada son 2 gündə artan zorakılıqlarda 200-ə yaxın iş yeri və 50-dən çox avtomobil yandırılıb. 130 nəfərin saxlanıldığı, 60-dan çox mühafizəçinin yaralandığı hadisələrdə 3 nəfər həyatını itirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Kruiz gəmilərinə qarşı etiraz aksiyası

Aynur Camal

Sağlam qidalanma və idman: uzunömürlülüyün təminatı nədir?

Aynur Camal

Uşaq sayı 44 ildir ki, azalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu