Dünyaİdman

Maktominey “Mançester Yunayted” dən gedə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey klubu tərk edə bilər.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira Tvitter hesabında məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə İtaliyanın “Roma” klubu maraqlanır.

İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Maktominey 24 oyun keçirib və bir qol vurub. Yarımmüdafiəçi həmçinin, İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunda ümumilikdə səkkiz oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə edib. Avropa Liqasında yeddi dəfə meydana çıxdı, bir qol vurdu və bir məhsuldar ötürmə edib.

“Mançester Yunayted” Premyer Liqanı üçüncü pillədə başa vurub.

Maktominey müntəzəm olaraq Şotlandiya yığmasına çağırılır. Onun 26 yaşı var.

Bugün TV

Oxşar xəbərlər

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

İran Hörmüz boğazında gəmilərə hücum edir: qlobal neft marşrutu təhlükə altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu