18 C
Baku
8 Sentyabr 2024, 5:23
Baş xəbərDünya

Malayziya fələstinlilər üçün yaradılmış yardım fonduna 1 milyon ringgit köçürəcək

Bugun.tv xəbər verir ki, İsrail və HƏMAS arasında baş verən son münaqişə və zorakılıqdan sonra Malayziya hökuməti Xarici İşlər Nazirliyinin fələstinlilər üçün yaratdığı humanitar yardım fonduna 1 milyon Malayziya ringgiti (təxminən 211 min dollar) köçürmək qərarına gəlib. Malayziya Milli Xəbər Agentliyinin (BERNAMA) verdiyi xəbərə görə, Malayziya hökuməti bu gün qəbul edilən qərarla Fələstinlilər üçün yaradılan humanitar yardım fonduna 1 milyon Malayziya ringgitinin köçürüləcəyini açıqlayıb.

TRT Haber-in məlumatına görə, Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmidi, sözügedən məbləğin müxtəlif sahələrdə təcili yardıma ehtiyacı olan Fələstin xalqına humanitar yardım kontekstində Malayziyanın atdığı “sürətli” addım olduğunu bildirib.

“Hökumət fələstinlilərə yardımın mümkün qədər tez yönəldilməsi prosesini asanlaşdırmağa davam edəcək”, – Əhməd Zahid bildirib.

Malayziya Parlamentinin (Dewan Rakyat) üzvlərini fonda töhfə verməyə çağıran Əhməd Zahid, həmçinin Malayziyanın bütün regional və beynəlxalq qurum və təşkilatlarını “mümkün qədər tez” xüsusi sessiyalar və ya görüşlər keçirməyə dəvət edəcəyini vurğulayıb. Əhməd Zahid həmçinin parlamentin bugünkü iclasında “fələstinlilərin uzun müddət inkar edilən hüquqlarını əldə etmək hüququnun” müdafiəsində göstərdikləri dəstəyə və həmrəyliyə görə deputatlara təşəkkür edib. Bu gün Devan Rakyatda 17 millət vəkilinin iştirakı ilə keçirilən iclasda fələstinlilərin “sionist rejim”dən öz torpaqlarını və haqqlarını geri almaq uğrunda apardıqları mübarizəyə dəstək olaraq müxtəlif təklif və rəylər səsləndirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yeni müdafiə naziri təyin olundu

İntizar Əmirova

Birdən hava limanında hamı huşunu itirməyə başladı! Səlahiyyətlilərdən açıqlama

Aynur Camal

Meşəlik ərazidə yanğın baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu