“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiçlə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Bugun.tv xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Mənbənin sözlərinə görə, klublar arasında növbəti addım atılmalıdır. Lakin onlar heç bir şeyi məcbur etmirlər. “Mançester Siti” və “Çelsi”nümayəndələri transfer məbləğini Çempionlar Liqasının finalından sonra müzakirə edəcəklər. Bildirilir ki, “aristokratlar” Kovaçiçi satmağa hazırdır və xorvatiyalı yarımmüdafiəçinin özü “Siti”yə keçməkdə maraqlıdır.
2022/2023 mövsümündə Kovaçiç “Çelsi”nin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.
29 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə, bir futbolçunun təxmini dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, daha əvvəl Kovaçiçin “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə işləməkdə maraqlı olduğu bildirilirdi.