19 C
Baku
28 İyun 2025, 9:15
Dünyaİdman

“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisini transfer edir

“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiçlə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Bugun.tv xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar arasında növbəti addım atılmalıdır. Lakin onlar heç bir şeyi məcbur etmirlər.  “Mançester Siti” və “Çelsi”nümayəndələri transfer məbləğini Çempionlar Liqasının finalından sonra müzakirə edəcəklər. Bildirilir ki, “aristokratlar” Kovaçiçi satmağa hazırdır və xorvatiyalı yarımmüdafiəçinin özü “Siti”yə keçməkdə maraqlıdır.

2022/2023 mövsümündə Kovaçiç “Çelsi”nin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

29 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə, bir futbolçunun təxmini dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, daha əvvəl Kovaçiçin “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə işləməkdə maraqlı olduğu bildirilirdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

ABŞ-İran nüvə danışıqları təxirə salındı

Aynur Camal

Moskvaya böyük hücum: Onlarla PUA ilə vurdular!

Aynur Camal

Zəlzələ qurbanlarını təhqir edən 8 nəfər saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu