“Mançester Siti” hücumçu Erlinq Haalandla yeni müqavilə imzalamaq istəyir.
Bugun.tv xəbər verir ki. bu barədə “The Telegraph” məlumat yayıb. “Vətəndaşlar” digər klubların, xüsusən də “Real Madrid”in norveçli futbolçunu özlərinə cəlb etməyə çalışmasını çətinləşdirmək üçün hücumçuya daha uzun müddət təklif etmək istəyir.
“Mançester Siti” də ümid edir ki, potensial trebl (Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasında qalibiyyət) oyunçunu qalmağa inandırmağa kömək edəcək.
Norveçli forvard 2022/2023 mövsümündə “Mançester Siti”nin heyətində bütün yarışlarda 52 oyun keçirib, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Haalandın həftədə təxminən 400 min funt sterlinq maaşla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.