26 C
Baku
14 Sentyabr 2026, 11:51
Manchester derbisi, Manchester United, Manchester City, Erlinq Haaland, VAR, hakim səhvi, Premyer Liqa, futbol
İdman

Manchester derbisində hakim səhvi rəsmən etiraf edildi

Bugun.tv xəbər verir ki, İngiltərə Hakimlər Şurası Premyer Liqada keçirilən “Manchester United” – “Manchester City” derbisində hakim səhvinə yol verildiyini qəbul edib.

Şuranın açıqlamasında bildirilib ki, “Manchester City”nin hücumçusu Erlinq Haalandın vurduğu və komandasına 1:0 hesablı qələbə qazandıran qolun qiymətləndirilməsi zamanı VAR prosesində səhv baş verib. Hakimlər Haalandın ofsaytda olmadığına düzgün qərar versələr də, epizodda başqa futbolçunun mövqeyinin oyuna mümkün təsirini nəzərdən qaçırıblar.

Məlumata görə, oyunun 60-cı dəqiqəsində Haaland Joşko Qvardiolun ötürməsindən sonra topu qapıya göndərib. Baş hakim Maykl Oliver əvvəlcə qolu ofsayt səbəbilə ləğv edib.

Daha sonra VAR yoxlaması zamanı Haalandın “Manchester United” futbolçusu Patrik Dorgunun ayaqqabısı səbəbindən ofsayt vəziyyətində olmadığı müəyyən edilib və qol qeydə alınıb. Lakin Hakimlər Şurası sonradan bildirib ki, epizod zamanı Enzo Fernandezin topa toxunmamasına diqqət yetirilsə də, onun mövqeyinin oyuna mümkün təsiri düzgün qiymətləndirilməyib.

Şuranın açıqlamasına görə, VAR hakimləri bu məqamı nəzərə alaraq baş hakimi meydandakı görüntüyə baxmağa dəvət etməli idilər. Qurum “Manchester United”lə əlaqə saxlayaraq hadisənin səhv kimi qəbul edildiyini bildirib.

İngiltərə Hakimlər Şurası hadisə ilə bağlı ayrıca araşdırma aparılacağını da açıqlayıb.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu gün Çempionlar Liqasında yeni futbol mövsümü başlayır

Aynur Camal

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu