25 C
Baku
3 İyun 2025, 16:11
Dünya

Manqal qoxusu fil ailəsini evə gətirdi, maşına nə oldu!

Taylandın Khao Yai meşəsində manqal edən ailəyə fil ailəsi müdaxilə edib.

Ləzzətli qoxulara doğru gələn fillər və balaları heç kimə zərər vurmasa da, ailənin avtomobilini sıradan çıxarıblar.

Milli Park rəsmiləri filləri meşəyə yönəldilib.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə 3 böyük və 2 körpə fil ailəyə yaxınlaşdığı görülüb.

 Dişi fil ailəyə zərər vurmasa da, o, avtomobilə aludə olub və ona hücum etməyə başlayıb. Fil əvvəlcə burnu ilə maşını yan tərəfə çevirsə də, bununla kifayətlənməyib və maşını tamamilə tərs çevirib. Bu vaxt xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

 Ailə Milli Park rəhbərliyinə məlumat verib. Khao Yai Milli Parkının rəhbəri Chaiya Huayhongthong bildirib ki, səlahiyyətlilər filləri meşənin dərinliklərinə doğru istiqamətləndiriblər.

  “Nəqliyyat vasitəsinin sahibinə kiçik bir təzminat ödənilib. Turistlərə park qaydalarına riayət etmələrini xatırlatmaq istərdim”, – deyə Huayhongthong vurğulayıb.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Zaporojya atom elektrik stansiyasında yanğın!

Aynur Camal

AB-nin Rusiyanı qəzəbləndirəcək qərarı! Qaz alqı-satqısı dayandırılacaq

Aynur Camal

UNRWA-nın Qəzza ilə bağlı şərhi: O, ümidsizlik ölkəsinə çevrildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu