28 C
Baku
9 İyun 2025, 17:40
Dünya

Manş boğazında qayıq batdı! 4 qeyri-qanuni mühacir həlak olub

Fransa ilə İngiltərə arasında Manş boğazını keçməyə çalışan 4 qeyri-qanuni immiqrantın öldüyü, 56 immiqrantın isə xilas edildiyi bildirilib. Manş və Şimal dənizi Qubernatorluğundan verilən açıqlamaya görə, saat 04.30 radələrində Fransız xilasetmə gəmisi “Minck” La-Manş boğazında keşik çəkərkən nizamsız mühacirləri daşıyan qayığın batdığını və çox sayda insanın dənizdə olduğunu təsbit edib.

Fransanın xilasetmə gəmisindəki qrup balıqçı qayığının köməyi ilə dənizdə qalan 56 nəfəri xilas edərək sahilə çıxarıb.

Saat 05:00 radələrində hadisə yerinə gələn Fransa helikopteri və patrul gəmisi 4 nəfərin meyitini aşkarlayıb.

Boulogne tibb qrupunun müdaxilələrinə baxmayaraq, bu 4 nizamsız immiqrantı xilas etmək mümkün olmayıb.

Qubernatorluq hər gün 600-dən çox ticarət gəmisinin Manş boğazından keçdiyi və bu bölgənin riskli olduğu barədə xəbərdarlıq edib.

Keçən il Fransadan İngiltərəyə təxminən 30 min immiqrant Manş boğazını keçib.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Paltarı ölümünə səbəb oldu

Aynur Camal

Prezident seçkiləri kampaniyasına başlayan Kamala Harrisin “Biz seçkilərdə qalib gələcəyik” vurğusu

Aynur Camal

Qəzzada vəhşilik davam edir!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu