19 C
Baku
29 İyun 2025, 3:51
Siyasət

Mao Ninq: ” Çinin nüvə təhlükəsi yaratdığı ilə bağlı iddilar fərziyyədir”

“ABŞ dünyanın ən böyük nüvə təhlükəsi mənbəyidir. Buna görə də, təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməlidir. Həmçinin, tərksilahla bağlı xüsusi və əsas vəzifəsini səylə yerinə yetirməlidir. Bununla da milli təhlükəsizlik siyasətində nüvə silahının rolunun və risklərinin azaldılması üçün praktiki addımlar atmalıdır”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki,bu fikirləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə səsləndirib.

O, həmçinin vurğulayıb ki, Çinin yaratdığı iddia edilən nüvə təhlükəsi ilə bağlı fərziyyələr ABŞ-ın öz nüvə arsenalını genişləndirmək üçün bir bəhanədir.

“The Wall Street” jurnalının fevralın əvvəlində ABŞ-ın Strateji Komandanlığına istinadən verdiyi məlumata görə, Çində ABŞ-dan daha çox quruda yerləşən ICBM-lər üçün buraxılış qurğuları var. Nəşrin müəllifləri qeyd edib ki, bəzi ABŞ qanunvericiləri Çin və Rusiya ilə qarşıdurma yaratmaq üçün ölkənin nüvə potensialının artırılmasına çağırırlar.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan Kolumbiya Prezidentinin andiçmə mərasimində təmsil olunub

Aynur Camal

Putin Qərb ölkələrinə qarşı Böyük Avrasiya layihəsi yaradır.

Bugün TV

İran ABŞ-a 313 milyon dollar təzminat cəzası verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu