33 C
Baku
26 İyul 2025, 17:11
Baş xəbərDünya

Maori kralı Tuheitia Potatau vəfat edib

Yeni Zelandiyanın Maori xalqının kralı Tuheitia Potatau te Wherowhero VII 69 yaşında vəfat edib.

“Kiingitanga” adlı Maori Kral Hərəkatının sözçüsü Rahui Papa İnstaqram sosial media platformasında parlament tərəfindən seçilən monarxiyanın 7-ci kralı Tuheitia Potataunun ürək əməliyyatından sonra xəstəxanada vəfat etdiyini açıqlayıb.

Papa qeyd edib ki, 69 yaşlı kral Tuheitiyanın vəfatı Kiinqitanqa, Maori və bütün xalq üçün kədərli hadisədir.

Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon, kral Tuheitiyanın xalqına sadiqliyinə toxunaraq, “(Tuheitia’nın) Kiingitanga dəyərlərini və ənənələrini qorumaq üçün yorulmaz səyləri millətimizdə silinməz iz buraxdı” deyib.

Yeni Zelandiya materikinin yerli Polineziya xalqı olan Maori, özlərini “yerin insanları (tangata whenua)” kimi təsvir edirdi.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Evlilik saytında tanış olduğu 15 nəfərlə evləndi

Kəmalə Sultan

Minik avtomobili ilə yük maşını toqquşdu

Kəmalə Sultan

Piyadanı vuran avtomobil tarlaya düşüb: 1 ölü, 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu