15 C
Baku
24 Oktyabr 2025, 3:57
Baş xəbərSosial

“Marafonunun təşkil olunması qaçışa marağı ciddi şəkildə artırır”

“Son illərdə Bakı Marafonunun təşkil olunması, eləcə də şəhərdə yeni park və bulvarların salınması şəhər sakinləri arasında qaçışa marağın ciddi şəkildə artmasına səbəb olub.

Gündəlik müşahidələr göstərir ki, çox sayda insan işdən sonra qaçmaq üçün əvvəlcə evə gedib, geyimlərini dəyişərək yenidən park və bulvara qayıdır. Qaçışdan sonra isə tərləmiş halda evə dönmək məcburiyyətində qalırlar ki, bu da rahat və səmərəli deyil”.

Bugun.tv xəbər verir ki, bu barədə politoloq, jurnalist Aqil Məmmədov öz sosial media hesabında bir neçə məsləhətlər verib.

O qeyd edib ki, məhz bu reallığı nəzərə alaraq Bakı şəhərində “RunBase” və ya “RunStation” tipli məntəqələrin yaradılması olduqca məqsədəuyğun olardı. Layihəyə ilkin mərhələdə Sahil, İçərişəhər, Dəmir yolu vağzalı və Dənizkənarı Bulvar ərazilərindən başlamaq olar.

Bu məntəqələrdə aşağıdakı infrastrukturun qurula bilər:

  • -şəxsi əşyaların etibarlı saxlanması üçün elektron dolablar;
  • – qaçışdan sonra yuyunmaq üçün duş kabinələri;
  • -əyin dəyişmək üçün geyinib-soyunma kabinələri

İstifadəçilər bu xidmətlərdən simvolik ödənişlə yararlana bilər. Beləliklə, insanlar metro ilə gəlir, rahat şəkildə əyinlərini dəyişir, qaçır, duş qəbul edib, evlərinə və ya işlərinə rahat qayıdırlar.

Bu konsepsiya artıq Berlin, Tokio və London kimi şəhərlərdə uğurla tətbiq olunur və şəhər həyatının sağlamlıqla uzlaşdırılmasına xidmət edir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Metropoliteni QSC və Azərbaycan Dəmir Yolları – ADY belə bir layihənin reallaşmasına öncüllük edə bilərlər.

Layihənin reallaşdırılması üçün idman geyim markaları, Bakı Marafonuna dəstək verən şirkətlər, özəl sektor və ictimai sponsorlar dəstək verə bilər. Bu, həm Bakı sakinləri, həm də şəhərin qonaqları tərəfindən müsbət qarşılanar və şəhərin idman imicini möhkəmləndirər.

Aynur Camal

Oxşar xəbərlər

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Microsoft-dan OneDrive üçün yeni qərar: 10TB yaddaş gəldi

Teymur Əziz

4 gündür itkin düşən şəxs çayda ölü tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu