Baş xəbərDünya

Mariya Zaxarova: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb”.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür, heç kim xəsarət almayıb”, – Zaxarova bildirib.

O vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır, bütün dünyada diplomatların rahat işini təmin edir. Belə hadisələr adi hal deyil.

“Vyana Konvensiyasının 1961-ci il Diplomatik Münasibətlər haqqında 22-ci maddəsinin 2-ci bəndinin mətnini sizə xatırladım.

(Diplomatik korpusu-red) Qəbul edən dövlətin xüsusi vəzifəsi var ki, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədədən qorumaq və nümayəndəliyin dincliyinin pozulması və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısının alınması üçün bütün lazımi tədbirləri görsün”.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniyanın hakimiyyət orqanlarına və polisə sual olunur: “Siz harada olmusunuz? Assanj xüsusilə Ekvador səfirliyində mühafizə olunurdu”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikirlərini yekunlaşdırıb.

Səfirliyə Hücum

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da silahlı hücum: 2 ölü, 19 yaralı

İntizar Əmirova

El Nino-nun 2024-cü ildə də təsirli olacağı gözlənilir

Bugün TV

Ukrayna ordusu 160-a qədər hərbçisini itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu