24 C
Baku
10 Sentyabr 2025, 4:15
Baş xəbərDünya

Mark Rütte: Zəmanətlərimizin iki səviyyəsi olacaq ki, Putin yenidən Ukraynaya hücum etməyi düşünməsin

Bugun.tv “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. “Vacib olan Ukrayna, ABŞ və Avropanın birlikdə işləməsidir. Biz təhlükəsizlik zəmanətlərindən danışdıq və razılaşdıq ki, iki səviyyə olacaq. Birinci səviyyədə hansısa sülh sazişi və ya atəşkəs və ya hər ikisinin kombinasiyası olacaq”, – deyə o qeyd edib. Rüttenin sözlərinə görə, birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər gücləndirilməsi üçün olacaq. “Yəni, onlar istənilən çətinliklərə tab gətirə bilsinlər. İkinci səviyyə isə ABŞ və Avropanın təmin edəcəyi şeydir. Biz əslində bunun üzərində işləyirik”, – deyə o əlavə edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İran dövlət televiziyası: Rəisi daşıyan helikopterin yeri müəyyən edilib

Aynur Camal

İnsan təkamülünün ikinci qolu kəşf edildi

Aynur Camal

Ölü sayı 25-ə çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu