Paytaxtda silahlı atışma baş verdi. Ölən və yaralanan var
Hadisə paytaxtın Xətai rayonunda olub. Silahlı qarşıdurma ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-dən bildirilib ki, faktla bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.
İlkin məlumata görə, inkasator maşınına hücum olub.
Bugun.tv-nin son məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənin Həsənov Rüfət Rahib oğlu olduğu müəyyən edilib.
Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.