25 C
Baku
10 Sentyabr 2025, 21:37
Kriminal

Marketə silahlı hücum olundu-YENİLƏNİB+ÖLƏN VAR+VİDEO

Paytaxtda silahlı atışma baş verdi. Ölən və yaralanan var

Hadisə paytaxtın Xətai rayonunda olub. Silahlı qarşıdurma ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-dən bildirilib ki, faktla bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, inkasator maşınına hücum olub.

Bugun.tv-nin son məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənin Həsənov Rüfət Rahib oğlu olduğu müəyyən edilib.

Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sürücü və sərnişinin şübhəli hərəkətləri diqqət çəkdi, avtomobilin yük yerindən külli miqdarda narkotik aşkarlandı

Bugün TV

Goranboyda toyda dava olub, bıçaqlanan var

Nigar Məmmədova

67 kiloqram toz halında narkotik vasitə olan marixuana götürülüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu