Bugun.tv xəbər verir ki, Marsın yeni ultrabənövşəyi fotoları planetin dəyişən fəsillərinin heyrətamiz görüntülərini təqdim edib.
NASA-nın Mars aparatı MAVEN sözügedən planetdə dəyişən atmosferi aşkar etmək üçün fotoşəkillər çəkib.
Şəkillərin bənövşəyi sahələri Mars atmosferindəki ozonu, ağ və mavi sahələr isə planetin səmasında buludları və ya dumanı təmsil edir. Yeni şəkillərdə planetin səthi bürünc və ya yaşıl görünür.
Çəkilən şəkillərdə planetin aşağı sol tərəfinə yaxın olan Marsın ən dərin kraterlərindən biri olan Argir hövzəsidir.
Krater atmosfer dumanı ilə dolu görünür, planetin yuxarı sol küncünə yaxın olan Valles Marineris dərin kanyonları isə buludla doludur.
Yayda temperaturun artması cənub qütblərindəki buz qapaqlarının daralmasına səbəb olur ki, bu da karbon dioksidi buraxır və atmosferin qalınlaşmasına səbəb olur.
Planetin atmosfer qazlarını öyrənmək üçün 2013-cü ilin noyabrında işə salınan MAVEN ilin bu vaxtında Marsdan artan hidrogen itkisini də aşkar edib. Bu, yəqin ki, su buxarını çox yüksəklərə qaldıran toz fırtınalarının nəticəsidir.
Mənbə: Ensonhaber