28 C
Baku
3 Sentyabr 2025, 21:13
Maraqlı faktlarTexnologiya

Mars sürətləndi!

Bugun.tv xəbər verir ki, NASA alimləri Marsın daha sürətli fırlanmağa başladığını və nəticədə Mars gününün qısaldığını aşkar ediblər. Marsın fırlanma sürətinin hər il 4 milliarcsaniyə (astronomiyada ulduzlar arasındakı məsafələri ölçmək üçün istifadə edilən bucaq vahidi) artdığı, buna görə də Marsın günlərinin saniyənin mində biri qədər qısaldığı qeydə alınıb. Bu dəyişiklikləri müşahidə edən ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) alimləri bu dəyişikliyin Qırmızı Planetin qütblərində yığılan buz və ya buz dövründən sonra buzun altındakı quru kütlələrinin məruz qalması nəticəsində yarana biləcəyini düşünürlər. NASA vurğulayır ki, planetin kütləsindəki bu cür dəyişikliklər planetin sürətlənməsinə səbəb ola bilər, necə ki, konkisürən fırlanan zaman açıq qollarını bağlayanda fırlanma sürəti artır.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

“Hökumətin uçan gəmiləri var” – Keçmiş kəşfiyyatçı açıqlama verdi

Nigar Məmmədova

Çində Movie Glasses adlı eynəyin təqdimatı olub

Aynur Camal

İnternetin sürətli olması üçün nə etməliyik?

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu