5 C
Baku
28 Yanvar 2026, 2:40
Texnologiya

Marsda nəhəng vulkan kəşf edildi

Bugun.tv xəbər verir ki, Alimlər Marsda kəşf edilən nəhəng vulkanda həyat izlərinin ola biləcəyi açıqlayıb. Bu fikirlər ABŞ-ın Texas ştatında keçirilən 55-ci Ay və Planet Elmi Konfransında bildirilib. Alimlər 50 ildən artıqdır ki, Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli qaldığını” bildiriblər. Vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğunu, onun Tharsis vulkanik bölgəsinin şərq hissəsində, Marsın ekvatoruna yaxın olduğunu deyiblər.

Alimlər vulkanın dibində buzlaq təbəqəsinin qalıqlarını aşkar etdiklərini və bunun   kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir fakt olduğunu bildiriblər.

Qeyd olunub ki, bu araşdırmada ABŞ Kosmik və Aviasiya Agentliyi ilə yanaşı “Mariner 9”, “Viking 1 və 2”, Mars Global Surveyor, Mars Odyssey və Mars Reconnaissance Orbiter missiyaları da yaxından iştirak edirlər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ən son sağlamlıq geyimləri

Aynur Camal

Google gizli dinləmə iddiası üzrə 68 milyon dollar ödəməyə razılaşıb

Aynur Camal

YouTube-da Süni İntellekt İnqilabı: “Rəqəmsal əkiz”lə videolar yaradılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu