Bugun.tv xəbər verir ki, NASA-nın Curiosity roveri Marsda sümüyə bənzər obyekt aşkar edib.
Avtomobil ölçülü robot tərəfindən çəkilmiş görüntülərdə 154 km uzunluğundakı Qale kraterinin dibində uzanan qayadan mismar kimi çıxan strukturlar görünür.
NASA-nın Kaliforniyadakı Reaktiv Sürət Laboratoriyasının tədqiqatçısı Endryu Qud mövzu ilə bağlı açıqlama verib. “Qəribə formalı süxurların mənşəyi qədim dövrlərə gedib çıxır. O zaman maye, su tez-tez qayadakı çatlardan süzülür və özü ilə minerallar gətirirdi. Bu minerallar ətrafındakı qayalardan daha sərt olduğu üçün erroziyaya uğramayıb”.

Bəzi ekspertlər isə bu iddia ilə razılşamır. Görüntünü balıq sümüyünə və ya küknar ağacının budağına bənzədirlər. “Yer üzündə təbii qaya əmələ gəlməsi çətin məsələdir”,- deyirlər.
Qale kraterinin 3,5 ilə 3,8 milyard yaşlı qurumuş bir göl olduğu da düşünülür.
Qeyd edək ki, NASA-nın Mars Elm Laboratoriyası 2012-ci ildən başlayaraq, bu planetdə tədqiqatlar aparır. Bura Marsın iqlimi və geologiyasını öyrənmək, həyat və suyun mövcud olub-olmadığını, planetlərin məskunlaşması və gələcəkdə humanoid kəşfiyyatının mümkünlüyünü araşdırmaq daxildir.
Mənbə: Ən Son Haber
