18 C
Baku
8 Sentyabr 2024, 5:58
Texnologiya

Marsda vulkan kəşf edildi

Bugun.tv xəbər verir ki, bu barədə “Livescience” internet saytı xəbər verib. ABŞ-ın Texas ştatında 55-ci  Ay və Planet Elmi Konfransı təşkil edilib. Elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini açıqlayıblar. 50 ildən artıqdır ki, Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli qaldığını” bildiriblər.

Vulkanın eni təqribən 450 kilometrdir. 9 min 22 metr hündürlüyündədir. Tharsis vulkanik bölgəsinin şərq hissəsində, Marsın ekvatoruna yaxın olduğunu bildiriblər.

Alimlər vulkanın dibinin yaxınlığında buzlaq təbəqəsinin qalıqlarını aşkar ediblər. Bunun da kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir yerə çeviriblər.

SETI İnstitutundan və NASA Ames Tədqiqat Mərkəzindəki Mars İnstitutundan planetoloq və tədqiqatın aparıcı müəllifi Dr. Paskal Li verdiyi açıqlamada, “Keçən il buzlaq qalıqlarını tapdığımız bölgənin geologiyasını araşdırırdıq, nəhəng və dərin eroziyaya uğramış bir vulkanın içində olduğumuzu anladıq” deyib.

Digər tərəfdən, araşdırmada ABŞ Kosmik və Aviasiya Agentliyinin (NASA) “Mariner 9”, “Viking 1 və 2”, Mars Global Surveyor, Mars Odyssey və Mars Reconnaissance Orbiter missiyalarından əldə edilən məlumatlar Avropa Kosmik Agentliyinin (ESA) Mars Express missiyasından istifadə edildiyi bildirilib.

Mənbə trthaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Google rəsmi olaraq elan etdi: İşdən çıxarılmalar yenidən başlayır

Könül Kərimova

Smartfonları spam mesajlardan necə qoruyaq?

Nigar Məmmədova

Çinin taikonavt komandası ikinci kosmos gəzintisinə çıxdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu